Modern.az

Kəlbəcərdə ağır qəza - Ölən var

Kəlbəcərdə ağır qəza - Ölən var

28 Noyabr 2023, 18:50

Kəlbəcərdə yol nəqliyyat hadisəsi baş verib.

 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Modern.az-a bildirilib ki, Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Yanşaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

 

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. 

 

İlkin araşdırmalar zamanı məlum olub ki, 1969-cu il təvəllüdlü Kəlbəcər rayon sakini Adil Həsənov "Niva" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşıb və nəticədə xəstəxanaya aparılarkən yolda ölüb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri