Modern.az

Zərdabda maşın ağaca çırpıldı - Ölən və xəsarət alan var

Zərdabda maşın ağaca çırpıldı - Ölən və xəsarət alan var

6 Dekabr 2023, 09:18

Zərdab rayonunda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alan var.

 

Modern.az xəbər verir ki, Zərdab rayonunun Qaravəlli kəndində yaşayan Umarov Əmrah Vüqar oğlu idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Zərdab şəhəri Məlik Məhərrəmov küçəsi ilə Füzuli küçəsinin kəsişməsində idarəetməni itirərək yol kəsişməsində olan ağacla toqquşub. Nəticədə sərnişin Əliyev Raul Əziz oğlu hadisə yerində almış olduğu xəsarətlərdən ölüb, sürücü isə müxtəlif dərəcəli xəsarətlərlə Zərdab Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri