Modern.az

Biləsuvarda ağır qəza- Xəsarət alanlar var

Biləsuvarda ağır qəza- Xəsarət alanlar var

Hadisə

26 Fevral 2024, 11:22

Bu gün səhər saatlarında köhnə Bakı-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, Biləsuvar rayon sakini, 1965-ci il təvəllüdlü Əbişov Vəkilağa Əhmədağa oğlu idarə etdiyi “Opel” markalı minik avtomobilinin idarəetməsini itirərək aşırıb.

 

Qəzada sürücü və 4 şərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi