Modern.az

Bakıda yol qəzası - İşıqfor yararsız vəziyyətə düşdü

Bakıda yol qəzası - İşıqfor yararsız vəziyyətə düşdü

Hadisə

3 Aprel 2024, 09:37

Bu gün səhər saatlarında Nəsimi rayonu, Rəşid Behbudov ilə 28 May küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

 

Bu barədə Modern.az-a DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, qəza nəticəsində kəsişmədə olan bir ədəd svetofor dirəyi yararsız vəziyyətə düşüb. Hazırda Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları hadisə yerindədirlər və svetoforun qısa zaman ərzində bərpa edilməsi məqsədilə işlər görülür.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok