Modern.az

Qubanın kəndlərini sel basdı - FOTO

Qubanın kəndlərini sel basdı - FOTO

Hadisə

13 İyun 2024, 17:00

Quba rayonunun ucqar dağ kəndləri olan Qarxun, Dərk, Xaltan kəndlərinə güclü yağış yağıb.

 

Modern.az-ın məlumatına görə, güclü yağıntılar nəticəsində kəndlərin daxili yolları və kəndləri birləşdirən körpülərə ziyan dəyib. Selin fəsadlarının aradan qaldırılması istiqamətində işlərə başlanılıb. 

 

Qeyd edək ki, Şamaxı Doppler radarının 13 iyun saat  12.20 məlumatına əsasən yaxın saatlarda Quba-Qusar bölgəsinin (Quba,  Qusar, Xaçmaz, Şabran, Siyəzən,  Xızı) bəzi yerlərində arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə   leysan xarakterli  olacağı, şimşək çaxacağı, dolu düşəcəyi  ehtimalı var.

 

Çaylarda sululuğun artacağı, Qusarçay, Qaraçay, Qudiyalçay, Vəlvələçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

 

Qubanın kəndlərini sel basdı - FOTO

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB