Konfrans Liqasında 1/8 final mərhələsi başa çatır

Konfrans Liqasında 1/8 final mərhələsi başa çatır

İdman

16 Mart 2023, 09:00

Bu gün UEFA Konfrans Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

 

Modern.az-ın məlumatına görə, ikinci oyun günündə daha yeddi qarşılaşma baş tutacaq.

 

Türkiyə təmsilçisi "Sivasspor" İtaliyanın "Fiorentina" klubunu qəbul edəcək.

 

"Vilyarreal" İspaniyada Belçikanın "Anderlext" klubunun müqavimətini qırmağa çalışacaq. İtaliya "Latsio"su Niderlandda "AZ Alkmaar" komandasının qonağı olacaq.

 

UEFA Konfrans Liqası
1/8 final, cavab oyunları
16 mart

 

21:45. "Sivasspor" (Türkiyə) - "Fiorentina" (İtaliya)
İlk oyun - 0:1

 

21:45. "Yurqorden" (İsveç) - "Lex" (Polşa)
İlk oyun - 0:2

 

21:45. "Slovan" (Slovakiya) - "Bazel" (İsveçrə)
İlk oyun - 2:2

 

00:00. “Nitsa” (Fransa) - “Şerif” (Moldova)
İlk oyun - 1:0

 

00:00. “Vest Hem” (İngiltərə) - AEK (Larnaka, Kipr)
İlk oyun - 2:0

 

00:00. “Vilyarreal” (İspaniya) - “Anderlext” (Belçika)
İlk oyun - 1:1

 

00:00. "AZ Alkmaar" (Niderland) - "Latsio" (İtaliya)
İlk oyun - 2:1

 

Qeyd edək ki, Konfrans Liqasında 1/4 finala ilk vəsiqəni Türkiyədə "Başakşehir"ə 4:1 hesabı ilə qalib gələn Belçika "Gent"i qazanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Səssiz əməliyyat: Ordumuz bu əraziləri azad etdi