Modern.az

Millimizin iki üzvü qaçaqmalçılıqda ittiham olunur

Millimizin iki üzvü qaçaqmalçılıqda ittiham olunur

16 Mart 2023, 13:12

Azərbaycan millisinin iki futzalçısı qaçaqmalçılıqda ittiham olunur.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, yığma üzvlərindən Xətai Bağırov və Xəzər Ağalızadə ölkəyə gömrük sərhədində bəyan edilməmiş mallar keçirmək istəyiblər.

 

İttihama görə, onlar “Iphone” markalı mobil telefon və qiymətli qol saatlarını Azərbaycana keçirmək istəyiblər.

 

Futzalçılar malları Türkiyədə əldə edib, Qaçaqmalçılıqla İstanbuldan Azərbaycana gətirən zaman isə gömrükçülər tərəfindən saxlanılıblar.

 

Xətai Bağırov və Xəzər Ağalızadəyə qarşı Cinayət Məcəlləsinin 206 (qaçaqmaçılıq) maddəsi ilə ittiham verilib, barələrində ibtidai və məhkəmə istintaqı dövründə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır