Beynəlxalq konsultantlarla birgə maliyyə sektorunun inkişafı strategiyası hazırlanacaq.
Modern.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib.
O bildirib ki, strategiya 3 illik dövrü əhatə edəcək və iki hissəli olacaq. Belə ki, birinci hissə AMB-nin, ikinci hissə maliyyə sektorunun transformasiyasını əhatə edəcək.