Modern.az

Qeyri-neft sektoruna yönəldilən vəsait 2,5 dəfə ARTIB

Qeyri-neft sektoruna yönəldilən vəsait 2,5 dəfə ARTIB

İqtisadiyyat

14 Fevral 2023, 13:36

2023-cü ilin yanvar ayında əsas kapitala 1091,7 mln. manat məbləğində, yaxud 2022-ci il ilin müvafiq dövrü ilə müqayisədə 61,2% çox vəsait yönəldilib.

 

Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,8% azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 2,5 dəfə artıb.

 

“İstifadə olunmuş vəsaitin 506,2 mln. manatı və ya 46,4%-i məhsul istehsalı sahələrinə, 529 mln. manatı (48,4%-i) xidmət sahələrinə, 56,5 mln. manatı (5,2%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub”, - məlumatda qeyd olunur.

 

Əsas kapitala yönəldilmiş vəsaitlərin 812,1 mln. manatını və ya 74,4%-i daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 844,2 mln. manatı və ya 77,3%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

 

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 41,2 %, büdcə vəsaitləri 47,7%, əhalinin şəxsi vəsaitləri 6%, bank kreditləri 2,9%, sair vəsaitlər isə 2,2% təşkil edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…