Modern.az

Elektrik enerjisinin ötürülməsi ən vacib məsələlərdəndir - Prezident

Elektrik enerjisinin ötürülməsi ən vacib məsələlərdəndir - Prezident

14 Mart 2023, 10:15

Elektrik enerjisinin ötürülməsi ən vacib məsələlərdən biridir. Çünki bu gün bizim ixrac imkanlarımız ötürülmə gücləri ilə məhdudlaşır.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə bildirib.

 

“Xatirimdədir ki, Gürcüstan və Türkiyə vasitəsilə maksimum 1000, yaxud 1500 meqavat ötürmə qabiliyyəti var. Hər iki ölkədə - Gürcüstan və Türkiyədə bu həcmlər tamamilə son həddədir”, - deyən dövlət başçısı vurğulayıb ki, buna görə ötürmə qabiliyyətinin artırılması üçün həmin iki ölkəyə əlavə sərmayələr yatırılmalıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir