Modern.az

Ötən ay inflyasiya nə qədər olub? 

Ötən ay inflyasiya nə qədər olub? 

3 May 2023, 10:14

Mərkəzi Bankın İdarə Heyətinin pul siyasətinə həsr edilmiş ötən iclasından bəri illik inflyasiya tempi azalıb.

 

Modern.az xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilib.

 

Məlumata görə, mart ayında illik inflyasiya 13.6% təşkil edib. Bu isə ötən ilin sentyabr ayında qeydə alınmış pik səviyyə ilə müqayisədə 2 faiz bəndi aşağıdır.

 

"Qlobal iqtisadi aktivliyin azalmasının, əksər ölkələrdə pul siyasətinin sərtləşdirilməsinin və dünya əmtəə qiymətlərində aşağı düşmə meylinin təsiri ilə əsas ticarət tərəfdaşlarında faktiki inflyasiya nisbətən səngiyib", - açıqlamada qeyd olunub.

 

Bildirilib ki, illik inflyasiyanın 8 % ətrafında olacağı proqnozu dəyişməz qalır.

 

"Qlobal və milli iqtisadiyyatda inflyasiya amillərilə bağlı yüksək qeyri-müəyyənliklər qalır. Faktiki inflyasiya səviyyəsi azalmaya meyil etsə də mart ayında inflyasiya hədəfinin yuxarı həddini 2 dəfədən çox üstələyib. İnflyasiyanın əsas struktur komponenti olan ərzaq məhsullarının inflyasiyası 16,8 % olmaqla yüksək olaraq qalır", - Bank bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər