Modern.az

Xəstəliyə görə pensiya alanlara kredit qadağası QOYULUB?

Xəstəliyə görə pensiya alanlara kredit qadağası QOYULUB?

3 May 2023, 13:18

Son günlər bəzi bankların əlilliyə və digər xəstəliklərə görə pensiyaya çıxan şəxslərə kredit verməməsi ilə bağlı şikayətlərə rast gəlmək olar. İddialara görə, banklar əlillik pensiyası alan şəxslərə kredit verməkdən imtina edirlər və buna səbəb kimi onların xəstəlikləri göstərilir.

 

Modern.az məsələni aydınlaşdırmaq üçün Azərbaycan Banklar Assosiasiyasının Prezidenti Zakir Nuriyevlə əlaqə saxlayıb. 

 

O, qanunla belə bir məhdudiyyətin nəzərdə tutulmadığını bildirib: “Kredit verilən şəxsin maliyyə durumu, əməkhaqqı, borcları araşdırılır. Əgər şərtlərə uyğundursa, hər hansı formada ayrı-seçkilik edilmir və edilə bilməz. Heç kəsin fiziki məhdudiyyəti ona kredit verilməsinə əngəl ola bilməz. Əngəl yalnız maliyyə durumu ilə əlaqədar ola bilər. Sağlam kreditləşmə, sağlam borclanma prinsipləri əsasdır”.

 

 

Zakir Nuriyevin sözlərinə görə, kredit verilməməsi ilə bağlı fərdi şikayətlər varsa, baxılmalıdır:

 

“Bankların hər birində istehlakçıların şikayətinə baxılması və hüquqlarının müdafiə edilməsi üzrə şöbələr mövcuddur. Bizim belə ekspert qrupumuz var. Mərkəzi Bank tərəfindən bu məsələlərə ciddi şəkildə nəzarət edilir. Buna aid indivudial şikayətlər varsa, araşdırılsın. Amma min nəfər belə şikayət edirsə, bu təbii ki, başqa məsələdir. Onda nədən imtina edildiyini öyrənsinlər. Əminəm ki, belə hallar olubsa belə ortada başqa məsələlər olub”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı