Modern.az

Kreditlə bağlı qanun layihələri hazırlandı - Məqsəd nədir?

Kreditlə bağlı qanun layihələri hazırlandı - Məqsəd nədir?

9 İyun 2023, 12:33

Azərbaycanda bank olmayan kredit təşkilatlarına kreditlərin verilməsi məqsədilə ödəniş hesablarının açılması, kredit kartlarının emissiyası hüququnun verilməsi təklif olunur.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

 

Komitə sədri bildirib ki, qanun layihələrinin hazırlanmasında beynəlxalq təcrübədən, Dünya Bankı və BVF-nin tövsiyələrindən istifadə edilib: “Qanun layihələrinin əsas məqsədi Mərkəzi Bankın maliyyə bazarlarında meqarequlyator funksiyalarının təsbit olunması, maliyyə bazarlarında tənzimləmə və nəzarət sisteminin müasir çağırışlara uyğun olaraq təkmilləşdirilməsi, idarəetmə prosedurlarının sadələşdirilməsi, bankçılıq sahəsində müstəqilliyin artırılması, informasiya təhlükəsizliyinin gücləndirilməsi, vətəndaşlara maliyyə əlçatanlığının artırılmasıdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir