Modern.az

Böyük Xeops ehramında gizli dəhliz aşkar edildi

Böyük Xeops ehramında gizli dəhliz aşkar edildi

2 Mart 2023, 15:02

Misirin Gize şəhərində yerləşən Böyük Xeops ehramında gizli dəhliz aşkar edilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Piramidanın əsas girişinin arxasında yerləşən dəhlizin 9 metr uzunluğunda olduğu bildirilir. Ekspertlər düşünür ki, dəhliz piramidanın ağırlığını yüngülləşdirmək üçün tikilib.

 

Qeyd edək ki, 2015-ci ildə müasir texnologiyalardan istifadə edərək piramidaların içərisinə baxmaq üçün "Scan Pyramids" layihəsi başladılıb. Yeni dəhliz layihə çərçivəsində istifadə olunan texnologiyalarla aşkar edilib.

 

146 metr uzunluğunda olan piramindanın eramızdan əvvəl təxminən 2560-cı ildə tikildiyi ehtimal edilir. Xeops ehramı 1889-cu ildə tikilən Eyfel qülləsinə qədər insan tərəfindən tikilmiş ən hündür məkan hesab edilir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi