Modern.az

Gənc heykəltəraş Milli Qəhrəmanın abidəsini hazırlayıb - FOTO

Gənc heykəltəraş Milli Qəhrəmanın abidəsini hazırlayıb - FOTO

Mədəni̇yyət

26 Fevral 2024, 12:20

Gənc Heykəltəraş Elxan Zalov Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyıqrımı zamanı əsir və girov düşən bir qrup insanın azad olunmasında, meyitlərin geri alınmasında, faciədən sağ qurtulanların xilas edilməsində müstəsna rol oynamış Allahverdi Bağırovun abidəsini hazırlayıb.

Modern.az-ın məlumatına görə, heyləltəraş abidənin şəklini sosial şəbəkədə aşağıdakı sözlərlə paylaşıb:

“Xocalı deyəndə Səni xatırlayıram. Bu gün Xocalı, Ağdam və bütün Qarabağ azaddır! Hətta onu deyim ki, məşqçisi olduğun “Qarabağ” futbol klubu da qələbələr qazanır! Ruhun şad olsun Komandir!”.

Qeyd edək ki, Elxan Zalov Azərbaycan Dövlət Rəssamlıq Akademiyasın məzunudur. Onun magistr diplomu müdafiəsindən sonra əsas məqsədi Milli Qəhrəmanların, şəhidlərimizin xatirəsini əbədiləşdirmək olub. Bu mövzuda 2016-cı ilin Aprel döyüşləri şəhidi Pəncəli Teymurovun, Bəxtiyar Hüseynovun, Vətən müharibəsində şəhid olan kapitan Həmid Cəfərlinin, Cəlil Cavadovun, Milli Qəhrəman Çingiz Qurbanov və Milli Qəhrəman, general Polad Həşimovun büstlərini hazırlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək