Modern.az

Kino ittifaqlarının birləşmə konfransı burada keçiriləcək - Rasim Balayev AÇIQLADI

Kino ittifaqlarının birləşmə konfransı burada keçiriləcək - Rasim Balayev AÇIQLADI

Mədəni̇yyət

4 Mart 2024, 12:12

Sabah, martın 5-də Azərbaycanda olan kino ittifaqlarının – Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransı baş tutacaq. Konfransın gündəliyində duran məsələlərə ittifaqların rəsmi birləşməsi, sədrinin və idarə heyətinin seçilməsi daxildir.

 

Xalq artisti Rasim Balayev Modern.az-a açıqlamasında bildirib ki, konfrans "Aktyor evi"ndə baş tutacaq.

 

“Qayda-qanun nəyi tələb edirsə, o cür də konfransı keçirəcəyik. Seçki yolu ilə sabah sədr seçiləcək. Konfrans “Aktyor evi”ndə baş tutacaq", - o deyib.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci ildə yaradılıb və ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Şəfiqə Məmmədovadır. Azərbaycan Kinematoqrafçılar İttifaqı isə 1963-cü ildən fəaliyyət göstərir, ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Rasim Balayevdir.

 

İki qurum ötən il birləşmək barədə qərar qəbul ediblər. Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından birləşmiş kino ittifaqının sədri postuna namizəddir. AKİ-nin namizədi isə xalq artisti Rasim Balayevdir.

Bu xəbər ilə bağlı
Azərbaycanda kino ittifaqları birləşir - İkitirəliyə son verilir...
Xəbəri oxu
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!