Modern.az

“Avroviziya” şərhçimiz bəlli oldu

“Avroviziya” şərhçimiz bəlli oldu

Mədəniyyət

4 Aprel 2024, 13:20

“Avroviziya 2024”​ beynəlxalq mahnı müsabiqəsinin Azərbaycandan builki şərhiçisinin kimliyi açıqlanıb.

 

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, yarışmada şərhçi tanınmış televiziya və radio aparıcısı Nurlana Cəfərova olacaq. O, şounun bütün mərhələlərini İctimai Televiziyanın efirindən şərh edəcək.

 

Xatırladaq ki, İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya-2024" mahnı müsabiqəsinin yarımfinal mərhələləri bu il mayın 7-si və 9-u, final mərhələsi isə mayın 11-də baş tutacaq. Püşkatma nəticəsində Azərbaycan bu il 1-ci yarımfinalda çıxış edəcək. Müsabiqədə Azərbaycanı “Özünlə apar” mahnısı ilə müğənni Fəxri İsmayılov - Fahree və muğam ifaçısı İlkin Dövlətov təmsil edəcəklər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər