Modern.az

Ceyhun Əsgərov xəstəxanaya yerləşdirildi - YENİLƏNİB

Ceyhun Əsgərov xəstəxanaya yerləşdirildi - YENİLƏNİB

Media

5 Avqust 2022, 21:34

Jurnalist Ceyhun Əsgərov Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib.

 

Bu barədə Modern.az-a KTM-in mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu bildirib.

 

Onun sözlərinə görə, jurnalist həkim nəzarətindədir.

 

17:34

 

***

 

“Ceyhun Əsgərovun ünvanına Təcili Tibbi Yardım Briqadası göndərilib".

 

Modern.az xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilovanın Milli Qəhrəman Salatın Əsgərovanın oğlu, jurnalist Ceyhun Əsgərovun səhhəti ilə bağlı yaydığı məlumatda qeyd olunub.

 

“Ceyhun Əsgərovla bağlı bu hal vaxtaşırı və tez-tez təkrarlanır, zəruri yardımlar göstərilir. Davamlı müalicə alması şərtdir, amma təbii ki, bu, onun iradəsi çərçivəsində olmalıdır. Bu barədə onun özünə də dəfələrlə bildirilib. Dövlət tibb müəssisəsində ondan müalicə üçün heç bir vəsait tələb olunmur”, - Z.Ədilova vurğulayıb.

 

Qeyd edək ki, bu gün C.Əsgərov "Facebook" hesabında səhhətilə bağlı narahatlıq doğuran paylaşımlar edib. Daha sonra həmin paylaşımları silib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!