Modern.az

Jurnalist təşkilatı Vətən müharibəsinin 18 yaşlı şəhidlərini tanıdacaq

Jurnalist təşkilatı Vətən müharibəsinin 18 yaşlı şəhidlərini tanıdacaq

Media

5 İyun 2024, 12:34

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Vətən müharibəsinin 18 yaşlı şəhidləri” adlı layihənin icrasına başlayıb. 

İctimai Birlikdən Modern.az-a verilən məlumata görə, layihə cari ilin iyun-iyul-avqust aylarında həyata keçiriləcək. Layihə çərçivəsində Vətən müharibəsində şəhid olmuş 29 gənc haqda dolğun məqalələr hazırlanaraq, ölkənin aparıcı KİV-lərində yerləşdiriləcək. 

“Məqsəd Vətən müharibəsinin 18 yaşlı şəhidlərinin keçdiyi döyüş yoluna işıq salmaq, onları gənc nəsilə tanıtmaqdır”,- deyə İctimai Birlikdən bildirilib. 

Qeyd olunub ki, layihə ölkənin bütün regionlarını əhatə edəcək. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri