Modern.az

Ölkə.az-ın 10 yaşı oldu

Ölkə.az-ın 10 yaşı oldu

15 İyul 2024, 09:56

Ölkə.az xəbər saytı 10 illik yubileyini qeyd edir.

Modern.az xəbər verir ki, bu xəbər platforması 2014-cü il iyulun 15-də qurulub.

Ölkə.az-ın redaksiyası 10 illik yubileylə bağlı açıqlama yayıb.

"Gündəlik xəbərlər, təhlillər, müsahibələr və reportajlarla oxucularını məlumatlandıran Ölkə.az etibarlı və obyektiv informasiya təmin etmək missiyasını yerinə yetirir.
10 il ərzində Ölkə.az xəbər saytı jurnalistikada peşəkarlıq və obyektivlik prinsiplərini rəhbər tutaraq, oxucularının etimadını qazanıb. Bu müddət ərzində saytı oxuyanların dəstəyi və sədaqəti Ölkə.az-ın böyüməsinə və inkişafına böyük təkan verib. Bu səbəbdən Ölkə.az kollektivi oxuculara sonsuz təşəkkürlərini bildirir.
Ölkə.az xəbər saytı olaraq, gələcəkdə də eyni peşəkarlıq və sadiqliklə xidmət göstərməyə davam edəcəyik. Oxucularımıza doğru, dəqiq və obyektiv məlumatlar çatdırmaq üçün əlimizdən gələni edəcəyik. Sizlərin dəstəyi ilə daha da böyüyəcək və inkişaf edəcəyik", - deyə redaksiya bəyan edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri