Modern.az

II Qlobal Media Forumunda panel müzakirələri başa çatdı

II Qlobal Media Forumunda panel müzakirələri başa çatdı

Media

22 İyul 2024, 13:48

Şuşada təşkil olunan II Qlobal Media Forumu çərçivəsində "İqlim hərəkatı və media" mövzusunda panel müzakirələri baş tutub.

 

Modern.az xəbər verir ki, tədbirin moderatoru, “Riqa TV24 və Radio Latviya”nın aparıcısı Ansis Boqustovs bildirib ki, iqlim dəyişikliyi kimi ciddi mövzunu işıqlandıran jurnalist son dərəcə diqqətli olmalıdır.

 

Tədbirdə oda qeyd olunub ki, əhalinin iqlim dəyişikliyi problemi ilə bağlı ətraflı məlumatlandırılmasında medianın xüsusi rolu nəzərə alınmalı, müvafiq dövlət qurumları onların və bu vasitə ilə də ictimaiyyətin məlumatlandırılması üçün ciddi addımlar atmalıdır.

 

Xatırladaq ki, II Şuşa Qlobal Media Forumunda iştirak etmək üçün 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi Azərbaycana gəlib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri