Modern.az

Jurnalist övladları da tələbə adı qazandılar - SİYAHI+FOTOLAR

Jurnalist övladları da tələbə adı qazandılar - SİYAHI+FOTOLAR

Media

23 Avqust 2024, 10:32

Dövlət İmtahan Mərkəzi  (DİM) ali məktəblərə builki ixtisas seçiminin nəticələrini elan edib. Məlum olub ki, ali təhsil müəssisələrinin müsabiqəsində 82883 nəfər iştirak edib. Onlardan 55656 nəfəri (o cümlədən 7287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27117 (o cümlədən 1579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28539 (o cümlədən 5708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Bu il də tələbə adı qazananlar arasında jurnalist övladları da var. Modern.az saytı ənənəyə uyğun olaraq tələbə adı qazanmış jurnalist övladları ilə bağlı məlumatları təqdim edir:



"Media Türk" TV-nin baş redaktoru Səidə Bəkirqızının övladı Əfsanə Bayramova Xəzər Universitetinin ibtidai sinif müəllimliyi ixtisasında təhsil alacaq.
 


“Yenisabah.az”
saytının rəhbəri Elnur Məmmədli ilə APA-nın redaktoru Nigar Məmmədli cütlüyünün qızı Nuray Bakı Dövlət Universitetinun komputer elmləri ixtisasına qəbul olunub. Nuray dövlət sifarişi ilə əyani oxuyacaq.



Jurnalist Elman Cəfərli də qızının tələbə olmağına sevinir. “Ayan Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə (dövlət sifarişi üzrə, ingilis dilində) daxil oldu. Ali məktəbə qəbul olunan bütün övladları təbrik edirəm!”, - deyə həmkarımız sevincini bölüşüb.



“Report”
İnformasiya Agentliyinin baş redaktor müavini Emil Quliyevin qızı Sara Ada Universitetinə qəbul olunub.

ADA Universitetinin Kommunikasiya və rəqəmsal media proqramının rəhbəri, MEDİA-nın Müşahidə Şurasının üzvü Şəfəq Mehrəliyevanın övladı kompüter mühəndisliyi ixtisası üzrə ali təhsil alacaq.



“Mia.az”
saytının rəhbəri Fazil Əhmədin oğlu Fərid Əhmədov ali təhsilini Türkiyədə alacaq. YÖS imtahanlarında uğutlu nəticə qazanan həmkarımızın övladı İstanbulda - Hüquq fakültəsində oxuyacaq.
 


“Report”
İnformasiya Agentliyinin redaktoru Araz Zeynalovun qızı Röya Zeynallı Azərbaycan Dillər Universitetində (ingilis-koreya dili) təhsil alacaq.



Jurnalist İradə Cəlilova
oğlunun tələbə olmasının sevinicini sosial şəbəkədə bölüşüb. Onun övladı Heydərəli Əlizadə Azərbaycan Dillər Universitetinin alman dili ixtisasına qəbul olunub.



Naxçıvanda nəşr olunan “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimovanın qızı Ceyran Qarabağ Universitetinin tələbəsi olub. “Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların canı bahasına aldıqları torpaqlarımızda yenə onlar kimi vətənpərvər gənclər sayəsində Qarabağ yenidən qurulacaq, çiçəklənəcək! Var olsun, Ali Baş Komandan!”, - deyə baş redaktor bildirib.



“Azpolitika.info” saytının əməkdaşı Elçin Rüstəmlinin qızı Aysu Bakı Dövlət Universitetinin tələbəsi adını qazanıb. O, Hüquq fakültəsində dövlət sifarişi ilə əyani təhsil alacaq.



“Avtosfer.az”
saytının baş redaktoru Elməddin Muradlı və jurnalist Xəyalə Muradlı cütlüyünün oğlu Turqut da valideynlərini sevindirib. Turqut Muradlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kompüter mühəndisliyi ixtisasına qəbul olunub.
Maraqlıdır ki, Elməddin Muradlının özü də yenidən tələbə adını qazanıb. Belə ki, o, ikinci ali təhsil üçün imtahan verib və sınaqdan uğurla keçərək Azərbaycan Texniki Universitetinin logistika və nəqliyyat texnologiyaları ixtisasına qəbul olunub.



“Azərbaycan” qəzetinin baş redaktor müavini İxtiyar Hüseynlinin oğlu Kərim
də tələbə statusuna yiyələnib. O, UNEC-in biznesin idarə edilməsi ixtisasına daxil olub. Amma xaricdə təhsil alacaq.
"Kərim DİM nəticələrinə görə, UNEC-in biznesin idarə edilməsi fakültəsinə daxil oldu. Sevincimiz hədsizdir... Bundan öncə də SAT və İELTS nəticələrinə əsasən, Bakıda ADA və Belçikada Ku Leuven universitetlərinin eyni adlı fakültələrinə qəbul olunmuşdu. Seçimimiz "The Times Higher Education” reytinqinə görə, dünyanın 45-ci universiteti elan edilən, 599 yaşlı Ku Leuven universiteti oldu", - İxtiyar Hüseynli bildirib.



"Xalq qəzeti"nin müxbiri Səxavət Həmid və “525-ci qəzet”in əməkdaşı Sevinc Mürvətqızı
da bu gün sevinən valideynlər sırasındadırlar. Jurnalist cütlüyün qızı Sara Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə (əyani, dövlət sifarişi) qəbul olunub.
 


“Missiya.az”
saytının baş redaktoru Nicat Dağların oğlu Mirsamir Prezident yanında Dövlət İdarəçilik Akademiyasının davamlı inkişafın idarə olunması ixtisasında (dövlət sifarişli) ali təhsil alacaq.



QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadənin qızı Günel ixtisas seçimindən uğurla keçərək, Dövlət Gömrük Komitəsi Akademiyasının Hüquqşünaslıq fakültəsinə qəbul olunub.



Jurnalist Cəmaləddin Quliyevin oğlu da tələbə adını qazanıb. Həmkarımızın övladı Bakı Dövlət Universitetində ali təhsil alacaq.



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet resursu olan DOST TV-nin redaktoru Rumiyyə Miraslanın oğlu da tələbə adı qazananlar sırasındadır. "Muhammədim Azərbaycan Universitetinin biznesin idarə edilməsi ixtisasına qəbul olunub", - deyə R.Miraslan sosial şəbəkədə sevincini ifadə edib.




"Dia.az"
saytının rəhbəri Məhəmməd Ərsoy bildirib ki, onun oğlu Sevindik Bakı Mühəndislik Universitetinin tələbəsi adını qazanıb.



Azad Azərbaycan Televiziyasının
İnformasiya və ictimai-siyasi verilişlər departamentinin direktoru Anar Şükürovun qızı Günay Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər fakültəsində (dövlət sifarişi) oxuyacaq.



Jurnalist Rauf Rəcəbovun oğlu Ramal Rəcəbzadə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi statusuna yiyələnib.



Toplum TV-nin təsisçisi Ələsgər Məmmədlinin qızı Məltəm Bakı Mühəndislik Universitetinə (BMU) qəbul olunub. O, 3 il Bakıda, 1 il isə Cənubi Koreyada İNHA universitetində dövlət sifarişli ilə oxuyacaq. Bununla da iki təhsil və iki diplom almış olacaq.



24media.az
saytının baş redaktoru Anzulə Pərvizqızının oğli Kənan Cəfərli də anasını sevindirib. O, Azərbaycan Texniki Universitetinin mexatronika və robototexnika mühəndisliyi ixtisasında ali təhsil alacaq.



Respublika Hərbi Prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyevin qızı Bakı Dövlət Universitetində ali təhsil alacaq. 



Jurnalist Eldəniz Sucəddinoğlunun qızı Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) qəbul olunub.



Tns.az saytının rəhbəri Tural Səfərovun oğlu Səfərin
11 illik zəhməti bəhrəsiz qalmayıb. O, Bakı Dövlət Universitetində beynəlxalq münasibətlər ixtisasında oxuyacaq. Səfər tədris ingilis dilində dövlət sifarişi ilə ali təhsil alacaq. 



“Respublika” qəzetinin əməkdaşı Ramidə Allahverdiyevanın qızı Bakı Dövlət Universiteinin tələbəsi adı qazanıb.



Naxçıvanda nəşr olunan "Şərq qapısı" qəzetinin şöbə müdiri Əli Cabbarovun oğlu UNEC-də ali təhsil alacaq.



ARB-də yayımlanan "Həminki Zaur" verilişinin aparıcısı Zaur Kamal da oğlunun uğuruna sevinib. Teleapıcının övladı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 



İctimai Televiziyanın redaktoru Rasim İsmayılovun oğlu Azərbaycan Texniki Universitetdə logistika üzrə ali təhsil alacaq.



"Pro Media Group"un baş redaktoru Nigar Orucovanın oğlu Ayxan da tələbə olub. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində informasiya təhlükəsizliyi ixtisasına yiyələnəcək.



“Konkret.az” saytının redaktorları Fadil Paşayev və Sevinc Paşayeva cütlüyünün qızı Xədicə Azərbaycan Dillər Universitetinin Koreya dili tərcüməçiliyi fakültəsinə daxil olub.


TNS İnformasiya Agentliyinin baş redaktoru Gülşən Hacıyevanın oğlu Ərən Allahverdi Ankara Universitetinin Siyasal bilgilər fakültəsinin siyasət bilimi və kamu yönətimi ixtisasına (30% ingiliscə) qəbul olunub.
 


“Space” TV-nin İdman departamentinin şöbə müdiri Tural Xudiyevin oğlu Kamil Bakı Slavyan Universitetin Tərcümə (rus dili üzrə) ixtisasında təhsil alacaq.


Kənd Təssərüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin İnformasiya və Operativ təhlil bölməsinin müdiri Valeh İsmayılovun oğlu Murad İsmayılov Azərbaycan-Fransız Universitetinin Geofizika mühəndisliyi fakültəsinə qəbul olunub.
 


Prezidentin Naxçıvan MR üzrə səlahiyyətli nümayəndəliyinin mətbuat katibi Günay Malikqızı - Azərbaycan Dövlət Neft və Sənaye Universitetnin İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Bəhruz Nəzərli cütlüyü də bu gün çox sevinir. Onlaqın qızı Zeynəb tələbə olub.
“Zeynəb Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinə dövlət sifarişi ilə qəbul olunub. Həyəcanımız bitdi! Ürəkdən sevinirəm!”, - deyə Günay Malikqızı sevincini bölüşüb.
 


Xəbərlər İnformasiya Agentliyinin Baş redaktoru Yusif Məhəmmədoğlunun övladı İsmayıl Osmanlı Bakı Dövlət Universitetinin Geologiya fakültəsinə (Tədris ingilis dilində, dövlət sifarişli) qəbul olunub.



Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, MEDİA-nın Müşahidə Şurasının üzvü Vüqar Zifəroğlunun övladı da ixtisas seçimlərindən uğurla keçərək, tələbə statusuna sahiblənib.


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi