Modern.az

Əlilliyin təyinilə bağlı İMTİNA SƏBƏBLƏRİ nələrdi...

Əlilliyin təyinilə bağlı İMTİNA SƏBƏBLƏRİ nələrdi...

7 May 2021, 12:30

Əlilliyin təyinilə bağlı imtina səbəblərinə aydınlıq gətirilib. Modern.az-ın məlumatına görə, bu barədə sualı cavablandıran Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN)  “Sosial saat” verilişində DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev bildirib ki, imtinaların əsas səbəbi prosedura uyğunsuzluqla bağlıdır:


“Əlilliyin verilməsi üçün prosedur var. Orada həkim protokoluna əsasən müalicənin necə aparılacağı müəyyənləşib. Bizim Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) əməkdaşları yalnız “Forma 88” vasitəsilə gələn məlumatları görür, şəxsin özünü görmür və tanımır. Ona görə də sənəddə nələrsə düzgün doldurulmayıb və düzgün qeyd edilməyibsə, hansısa məlumatlar yetmirsə, ona əlillik verilə bilməz”.

 

Qurum rəsmisi deyib ki, əks təqdirdə, məlumatlar yetərli olmadığı halda, əlillik təyinatı aparan əməkdaşımızın özü məsuliyyət daşıyır:


“Burada müddətlər nəzərdə tutulub. Hər bir xəstəliyin özünün müalicə müddəti var. O müalicələr effekt vermədikdə, artıq əlillik barədə rəy verilir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir