Modern.az

Cümhuriyyət gülür, cümhuriyyətçilər sevinir...

Ölkə

28 May 2024, 09:00

Cümhuriyyətimizin 106 yaşı tamam olur...

Cümhuriyyət gülür...

Cümhuriyyətçilər sevinir...

Vətəndaşlar xoşbəxtdirlər... 

Qürurluyuq...

Torpaqlarımız işğaldan azad edilib, Azərbaycan əsgəri ərazi bötüvlüyümüzün təminatçısıdır. 

Müqəddəs dövlət bayrağımız göylərimizdə dalğalanır.

Azərbaycan diplomatiyası ərazi bötüvlüyümüzü qəbul etmək istəməyən böyük ölkələrin diplomatlarını Şuşaya, Laçına aparır, gerçəklikləri onlara qəbul etdirir.

Azərbaycan parlamenti Paris Sülh Konfransına gedib Vətənə dönə bilməyən mücadiləçilərimizin arzularını gerçəkləşdirir. 

Azərbaycanlı gənclər 106 il əvvəl xaricə təhsil almağa göndərilən o vaxtkı gənclərin davamçılarıdırlar, onların səsi dünyanın ən qabaqcıl universitetlərindən gəlir.

Xaricdəki azərbaycanlılar, Azərbaycan diasporu özünü yenilməz hesab edən erməni lobbisinin qolunu bükür.

Azərbaycan Türk Dünyasının lokomativi kimi qəbul edilir. 

Çağdaş Azərbaycan hər bir sahədə Azərbaycan Xalq Cümhuriyyətinə varislik edir.

Azərbaycanda “Böyük Qayıdış” başlayıb, 30 ildən artıq öz evlərinə həsrət qalan insanlar Qarabağa, Şərqi Zəngəzura qayıdır. 

Zəngəzura, Təbrizə yollar görünür...

Bütün bu möcüzələri xalqa bəxş edən,

Azərbaycanı, azərbaycanlıları bu xoşbəxliyə qovuşduran LİDERİMİZ var, İlham Əliyev! 

Cümhuriyyət Qurucularının bütün istəklərini, arzularını gerçəyə çevirən LİDER!

Böyük Azərbaycanlı HEYDƏR ƏLİYEVİN siyasətini qələbəylə sonuçladan LİDER!

AZƏRBAYCAN DAVASI EDƏN LİDER!

1000 ilin LİDERİ! 

Yaşa Cümhuriyyət, yaşa Lider!

Qələbən mübarək, Azərbaycan Cümhuriyyəti!

Ruhunuz şaddır, Cümhuriyyət qurucuları!

Ruhunuz şaddır, VƏTƏN ŞƏHİDLƏRİ!

106 yaşın mübarək, AZƏRBAYCAN!

Twitter
Sizə yeni tvit var
Keçid et
Çəkiliş qrupumuz Kəlbəcərdə çətin anlar yaşadı