Modern.az

"İnsanların qan çıxartması, özünə zərər verməsi qəbuledilməzdir" - Şeyxdən AÇIQLAMA

"İnsanların qan çıxartması, özünə zərər verməsi qəbuledilməzdir" - Şeyxdən AÇIQLAMA

16 İyul 2024, 12:37

"Azərbaycanda tolerantlıq, dini dözümlülük başqa dinlərə olan münasibətin təzahürüdür. Bu gün xristian kilsəsi, yəhudi məbədinin rəhbərləri mənimlə birlikdə qanvermə aksiyasında iştirak edirlər. Mən bu aksiyanın keçirilməsini təklif edəndə qonşu dövlətlər buna qəribə yanaşırdı, amma indi həmin ölkələrdə, xüsusilə İranda da Aşura günündə qanvermə aksiyası keçirilir. Bu, çox böyük savab işdir. Allah da insanlara həyat verməyi buyurub. Bu gün burada iştirak edənlər, Aşuranı qanunauyğun qeyd edənlər var. Mən arzulayıram ki, Azərbaycan daha da çiçəklənsin”.

 

Modern.az xəbər verir ki, bunu qanvermə aksiyası zamanı Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

 

Allahşükür Paşazadə Aşurada insanın özünə zərər vermənin qəbuledilməz olduğunu deyib. O deyib ki, insanlar ibadətlərini bu cür etməli deyillər: "İnsanların mərasimdə qan çıxartması, özünə zərər verməsi qəbuledilməzdir".

 

QMİ sədri Aşura gününü Şəhidlər günü elan etməyin doğru olacağını vurğulayıb: “Biz qardaşlığımızı yaddan çıxarmamalıyıq. Mən tapşırıq vermişəm ki, məscidlərdə imamlarımız mərasimlərdə şəhidlərimizi xatırlasınlar, onların ailələrinə baş çəksinlər. Allah bizim şəhidlərimizə rəhmət eləsin".

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri