Modern.az

Paşinyandan ikinci Saakaşvili düzəldirlər - Zahid Oruc

Paşinyandan ikinci Saakaşvili düzəldirlər - Zahid Oruc

Parlament

12 May 2023, 11:48

“Nikol Paşinyanın son illər bütün xarici səfərlərində, o cümlədən son dəfə Çexiyada ölkəmizi anti-demokratiyada günahlandırması, Qərbin “Demokratiya sammitləri”ndə Ermənistana tribuna verilməsi ölkəmiz əleyhinə yeni planlardan və qarşıdurma məqsədlərindən xəbər verir”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında deyib:

 

“Ötən il 12-14 sentyabr toqquşması zamanı Ermənistanın baş naziri Nikol Paşinyan “müharibədə məğlub olsaq da, ədalətli seçki keçiririk” bəyanatları ilə Avropa dövlətlərini Azərbaycana təzyiq göstərməyə çağırdı. Halbuki 3 ildir uzanan “sülh müqaviləsi” bu il imzalanmasa, sərhədlər açılmasa, Paşinyan sarkisyanlaşacaq, köçəryanlaşacaq".

 

"Ermənistanı “demokratiya mayakı” kimi tərif edənlərə Azərbaycan vətəndaşı olmaq istəyən şəxsə qaldırılan cinayət işini xatırladırıq. Xankəndi erməniləri ilə birgəyaşayışdan danışan kimi bizi hüquq və azadlıqları pozmaqda günahlandırırlar. İndi Gürcüstan həbsxanasında can savaşı verən Mixail Saakaşvilini ölüm ayağında tərk edənlər, onu diktaturaya qarşı simvol adlandıranlar indi də Paşinyandan 2-ci Saakaşvili düzəldirlər”, - deyə komitə sədri vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır