Modern.az

Milli Məclisin komitə sədrlərinə yeni xidməti avtomobillər verildi - FOTO

Milli Məclisin komitə sədrlərinə yeni xidməti avtomobillər verildi - FOTO

30 Noyabr 2023, 15:02

Milli Məclisin komitə sədrlərinin istifadəsinə yeni xidməti avtomobillər verilib.

 

Modern.az "Report"a istinadən məlumat verir ki, artıq bir müddətdir ki, komitə sədrləri "Mercedes E 300" markalı avtomobillərdən istifadə edirlər.

 

Hazırda parlamentin 15 komitəsi var.

 

Qeyd edək ki, Milli Məclisin noyabrın 15-də keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” qərar layihəsinin müzakirəsində parlamentin İşlər müdiri Firudin Hacıyev bildirib ki, qanunverici orqanın builki xərclər smetasında nəzərdə tutulan vəsaitlər hesabına avtoparkın maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə avtomobillər alınıb və avtopark yenilənib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi