Modern.az

Tikinti şirkətləri şəhərdə özbaşınalıq edir - Deputat

Tikinti şirkətləri şəhərdə özbaşınalıq edir - Deputat

5 Mart 2024, 12:28

Bəzi tikinti şirkətləri var ki, onlar şəhərdə özbaşınalıq edir. 


Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev bildirib. 

 

“Heç bir dövlət orqanı da buna mane olmur. Məhkəmə qərarına da əməl olunmur. Arxayın tikinti şirkətləri var ki, bilirlər, onlara toxunmayacaq. Var-dövlət onların gözlərini elə tutub ki, istədikləri qiyməti də qoyurlar. Belə insanlar Allahdan da qorxmurlar. Amma bilməlidirlər ki, Allah bir gün bunun cəzasını vercək. Ötən gün bir bir şəxsin evini xəbərdarlıq etmədən dağıdıblar. Ombudsman hesabatında da qeyd olunub ki, insanları bu mövzuda incidirlər. Bəs ombudsman bununla əlaqədar nə təklif edir və ya iş görür? Bunu müzakirə etmək lazımdır”, - deyə deputat qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir