Modern.az

Əliməmməd Nuriyev namizədliyini geri GÖTÜRDÜ

Əliməmməd Nuriyev namizədliyini geri GÖTÜRDÜ

Parlament

31 İyul 2024, 11:06

"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, sabiq deputat Əliməmməd Nuriyev parlament seçkilərində namizədliyini geri götürüb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə onun özü məlumat verib.

 

QHT sədri namizədliyini 75 saylı seçki dairəsindən irəli sürmüşdü. Onun bu dairədə əsas rəqibi tarixçi, VI çağırış Milli Məclisin deputatı Musa Qasımlı idi.

 

"Fəlaiyyətimizdə əsas prinsip dövlət və dövlətçilik maraqlarıdır. Bu maraqların təmin olunması ali məqsədimizdir. Hər bir vətəndaş, soydaşımız  müzəffər Ali Baş Komandan, möhtərəm prezident, cənab İlham Əliyevin ölkəmizin inkişafı siyasətinə öz miqyasında töhfəsini verməlidir.  Bu məqsəd üçün hər bir şəxsin öz missiyası müəyyənləşir. Əsas məsələ mümkün olanın ən yaxşısını etməyi bacarmaqdır", - Nuriyev bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Komandolar 30 dəqiqəyə düşməni darmadağın edib - ŞOK FAKTLAR