Modern.az

22 il əvvəl Şuşada gizli çəkilmiş FOTOLAR

22 il əvvəl Şuşada gizli çəkilmiş FOTOLAR

Qarabağ

7 Sentyabr 2022, 22:38

Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri, peşəkar diplomat Vilayət Quliyev 22 il əvvəl Şuşada gizli çəkilmiş fotoları yayıb. 

 

Modern.az xəbər verir ki, səfir paylaşdığı fotoların ATƏT-in şəxsi nümayəndəsi Andjey Kasprşikin çəkdiyini bildirib.

 

“Bu şəkilləri 2000-ci ildə mənim xahişimlə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik işğal altındakı torpaqlarımıza növbəti səfərlərindən biri zamanı çəkmişdi. Təxminən 50 şəkildir. Şuşa muzeyinə hədiyyə edəcəyəm. Andjeyin bəlkə də yeganə xeyirli işidir…” - paylaşımda deyilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir