Modern.az

Sülhməramlılar azərbaycanlı jurnalistləri Xocalıya buraxmadı - VİDEO

Sülhməramlılar azərbaycanlı jurnalistləri Xocalıya buraxmadı - VİDEO

7 Dekabr 2022, 12:10

Rusiya sülhməramlı qüvvələri Azərbaycanın media nümayəndələrini Xocalı ərazisinə buraxmayıblar.

 

Modern.az xəbər verir ki, bu barədə AzTV məlumat yayıb.

 

 

***

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupu dekabrın 3-də keçirilmiş görüşün davamı olaraq bu gün Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri davam etdirəcək.

 

Monitorinq qrupunun Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovla danışıqları sülhməramlıların Xocalıdakı qərargahında baş tutacaq.

 

Modern.az-ın məlumatına görə, bu məqsədlə Xocalıya yola düşən İctimai TV-nin əməkdaşı ilə sülhməramlılar arasında mübahisə düşüb.

 

İTV-nin Xəbərlər Departamentinin direktoru Fikrət Doluxanovun sözlərinə görə, Rusiya sülhməramlı kontingentinin komandanı general-mayor Andrey Volkov yerli mediaya Azərbaycan ərazilərinə keçməyə maneə törədib.

 

O, daha sonra sülhməramlıların jurnalistlərin keçidinə mane olmaq istədiklərini bildirib.

 

Xatırladaq ki, sülhməramlıların iştirakı ilə analoji hadisə bir neçə gün öncə də yaşanmışdı.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir