Modern.az

Lavrovdan etiraf: Ermənistan Qarabağı işğal etmişdi

Lavrovdan etiraf: Ermənistan Qarabağı işğal etmişdi

2 Fevral 2023, 12:49

"Ermənistan Azərbaycan ərazilərini işğal etmişdi".

 

Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Rossiya - 24" kanalına müsahibəsində deyib.

 

"Azərbaycan öz ərazilərini işğaldan azad etdi", - deyə Rusiya XİN başçısı Qarabağdan danışıb.

 

"KTMT Qafqazda vəziyyəti sabitləşdirmək yollarını tapmaqda Ermənistan və Azərbaycana kömək etməyə hazırdır. Ötən ilin sentyabrında baş verənlərdən sonra orada hər iki tərəfdən ümumilikdə 300-ə yaxın insan həlak oldu, biz dərhal qrup göndərdik. Biz Ermənistandan sorğu aldıq, KTMT-nin baş katibinin xüsusi ekspert missiyası Ermənistanın Azərbaycanla sərhəddə olan hissəsində yerləşdirilməsi barədə plan təqdim etdik", - Lavrov vurğulayıb.

 

"Plan çoxdan hazırlanmışdı, amma Ermənistan tərəfi bizi tələsdirmədi. Nəticədə İrəvanda keçirilən sammitdə müvafiq qərarın mətni hazırlandı. Lakin İrəvan bildirdi ki, Azərbaycanın hərəkətləri qəti şəkildə pislənərsə, buna razı ola bilər. Heç də bütün ölkələr buna hazır deyildilər. Qarabağ müharibəsinin tarixi onilliklərə gedib çıxır", - deyə nazir əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi