Modern.az

Latviya iş adamlarının Şuşada quruculuq işlərinə cəlb olunması müzakirə edildi

Latviya iş adamlarının Şuşada quruculuq işlərinə cəlb olunması müzakirə edildi

20 May 2024, 13:48

Azərbaycana səfər çərçivəsində Qarabağda olduq. Şuşa və Laçında görülən işlərlə tanış olduq.


Modern.az xəbər verir ki, bunu Latviya Parlamentinin sədri Daiga Mierina Milli Məclisdə mətbuat konfransında bildirib.

 

“Azərbaycan və Latviya strateji tərəfdaşdır. Bu il Azərbaycan və Latviya arasında diplomatik əlaqələrin qurulmasından 30 il keçir. Diplomatik münasibətlər yüksək səviyyədədir. Bu gün biz eyni zamanda prezident İlham Əliyevlə görüşdük. Görüş zamanı logistika, ticarət, eyni zamanda digər sahələrdə əməkdaşlıq mövzusu müzakirə olundu. 


Latviya iş adamlarının Şuşada quruculuq işlərinə cəlb olunması mövzusunda danışıqlar aparıldı”,- deyə o bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri