Modern.az

Kəmaləddin Heydərov Zaqataladadır

Kəmaləddin Heydərov Zaqataladadır

Current

6 İyun 2018, 12:21

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və nazirliyin digər rəhbər şəxsləri vəziyyətlə yerində tanış olmaq üçün Zaqatala rayonunda səfərdədir.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a verilən məlumatda bildirilib.

 

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli səhər saatlarında helikopterlə Zaqatalaya uçduqlarını bildirib:

 

“Əməkdaşlarımız əraziyə baxış keçirir. Daha sonra ətraflı məlumat açıqlayacağıq”.

 

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, iyunun 5-də yerli vaxtla saat 22:40 dəqiqədə Zaqatala rayonu ərazisində 16 km dərinlikdə 5.5 maqnituda zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

 

İlkin məlumatlara əsasən, dağıntılar yoxdur. Bəzi köhnə tikililərdə çatlar yaranıb. Bir nəfər hadisənin şokundan keçirdiyi həyacandan infarkt olub və dünyasını dəyişib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı