Modern.az

İlham Əliyevdən yeni prezidentə TƏBRİK

İlham Əliyevdən yeni prezidentə TƏBRİK

Aktual

4 Oktyabr 2018, 16:52

Azərbaycan Prezidenti İlham Əliyev İraq Respublikasının Prezidenti Bərham Salehə təbrik məktubu ünvanlayıb.

Modern.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

İraq Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə İraq arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İraq xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı