Qara Dəniz Strateji Araşdırma və Uyqulama Mərkəzi (KARASAM) tərəfindən təşkil edilən və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin siyasətçilərinin, alimlərinin, universitet rəsmilərinin, qeyri-hökumət təmsilçilərinin qatıldığı 5-ci Qara Dəniz Beynəlxalq Simpozium çərçivəsində millət vəkili Qənirə Paşayeva Türkiyənin Giresun Universitetinin rektoru Aygün Attarla görüşüb. Modern.az-ın xəbərinə görə, görüşdə millət vəkili Q. Paşayeva Giresun Universitetində belə böyük beynəlxalq simpoziumun keçirilməsinin vacibliyi və əhəmiyyətindən danışıb.
Giresun Universitetinin rektoru Aygün Attar da Azərbaycanın ali təhsil müəssisələri ilə artıq geniş əməkdaşlığa başladıqlarını və bu əməkdaşlığın sürətlə davam edəcəyini bildirib.
Q. Paşayeva Universitetə ziyarəti çərçivəsində burada təhsil alan azərbaycanlı tələblərlə də görüşüb.
Görüşün sonunda millət vəkili Giresun Universitetinin rektoru Aygün Attara Azərbaycan həqiqətlərinə, mədəniyyətinə, tarixinə dair materiallar, kitablar hədiyyə edib.
Modern.az