Modern.az

Böyrək xəstəliklərinin yaranma SƏBƏBLƏRİ

Böyrək xəstəliklərinin yaranma SƏBƏBLƏRİ

مورد توجه

15 Mart 2022, 11:50

Böyrəklərin xroniki xəstəliyin (BXX) yaranma səbəbləri açıqlanıb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nefroloq Fariz Babayev açıqlama verib.

 

Həkimin sözlərinə görə, böyrək xəstəliklərində qlomerulonefrit (böyrək glomeruli (glomerulus) zədələnməsi ilə xarakterizə olunan böyrək xəstəliyi -26-28%) zədələnməsi üstünlük təşkil edir:

 

“Şəkərli diabet – 23-27% , arterial hipertoniya xəstəliyi (sistolik qan təzyiqinin artması sindromu) – 15-16%, xroniki pielonefrit (süst gedişli,arabir kəskinləşmə verən böyrək parenximasının və böyrək ləyəninin bakterial iltihabi xəstəliyi) – 13-15%, polikistoz xəstəliyi (yumurtalıq funksiyasının pozulması ilə müşayiət olunan poliendokrin sindrom) -4-6%, uroloji səbəblər – 4-5%, digər səbəblər – 2-3%-dir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı