Modern.az

İranda çökən binada ölənlərin sayı artdı

İranda çökən binada ölənlərin sayı artdı

Güncel

24 May 2022, 08:42

İranın Abadan şəhərində 11 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 6-ya, yaralananların sayı isə 28-ə çatıb.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, xilasedicilər dağıntılar altında qalanların axtarışını davam etdirir.

 

Uçqun altından bir neçə cəsəd çıxarılıb. Dağıntı altında hələ də qalanların olduğu ehtimal edilir.

 

Qeyd edək ki, ötən gün binanın çökməsi ilə əlaqədar Tehran şəhər prokurorluğunda cinayət işi açılıb. Binanın sahibi həbs edilib. Faktla bağlı istintaq aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı