Modern.az

Qayınatasını öldürən kürəkənə hökm oxundu

Qayınatasını öldürən kürəkənə hökm oxundu

Aktual

13 Sentyabr 2022, 17:50

Bakıda qayınatasını qətlə yetirməkdə təqsirləndirilən Taleh Heydərova hökm oxunub. O, 17 il müddətinə azadlıqdan məhrum edilib.

 

Modern.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

 

Hadisə bu ilin mayında paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Belə ki, 1987-ci il təvəllüdlü T.Heydərov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə qayınatası 1978-ci il təvəllüdlü Qabil Qənbərovu bıçaqlayaraq qətlə yetirib.

 

T.Heydərova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı