Modern.az

Mustafa Şentop Moldovaya gedir

Mustafa Şentop Moldovaya gedir

مورد توجه

14 Sentyabr 2022, 16:16

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 15-16-da Moldovada rəsmi səfərdə olacaq.

 

Modern.az xəbər verir ki, Moldova Parlamentinin ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, rəsmi səfərin proqramına Prezident Maya Sandu, Baş nazir Nataliya Qavrilitsa və spiker İqor Qrosu ilə görüşlər daxildir.

 

Türkiyə rəsmiləri, həmçinin Moldova Ticarət və Sənaye Palatasının və İnvestisiya Agentliyinin nümayəndələri ilə görüşəcəklər.

 

Qeyd edək ki, Moldova Türkiyə ilə 1992-ci ildə diplomatik əlaqələr qurub və bu günə kimi iki ölkə arasında 68 ikitərəfli saziş bağlanıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı