Modern.az

İran Ukrayna qarşısında TƏLƏB QOYDU

İran Ukrayna qarşısında TƏLƏB QOYDU

Aktual

20 Oktyabr 2022, 15:08

"İran müharibə aparan tərəflərə silah verilməsinin əleyhinədir".

 

Modern.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

 

"Biz Ukraynadan hərbi əməliyyatlar zamanı istifadə olunan pilotsuz uçuş aparatlarının (PUA) İrana məxsus olması haqqında sənəd tələb etmişik. İranın Rusiya ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri var. İran müharibənin əleyhinə çıxış edir və Ukraynada hərbi əməliyyatları davam etdirmək üçün Rusiyaya silah verməyib", - deyə XİN başçısı vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı