Modern.az

Müxalifətdə namizəd davası, pensiyalar yenidən artırıla bilər – Modern.az-ın icmalı

Müxalifətdə namizəd davası, pensiyalar yenidən artırıla bilər – Modern.az-ın icmalı

Aktual

4 Mart 2023, 10:14

Martın 3-də Milli Məclisin komitə iclasında Ombudsmanın illik hesabatı təqdim olunub, Qərbi Azərbaycanla bağlı dinləmə keçirilib, Türkiyə müxalifətində parçalanma təhlükəsi yaranıb.

 

Modern.az dünənin icmalını təqdim edir.

 

İsrail mətbuatı Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun martın 29-da İsrailə səfər edəcəyi barədə məlumat yayıb. XİN başçısı İsraildə Azərbaycan səfirliyinin açılışında iştirak edəcək.

 

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib ki, Azərbaycanda yol hadisələri nəticəsində ötən il 834 nəfər həyatını itirib. "Bu istər MDB, istərsə də dünya üzrə orta göstəricidən kifayət qədər yüksəkdir. Amma bu bizə eyni zamanda, kifayət qədər imkan verir ki, bu günə qədər əldə etdiyimiz uğurlara fokuslanıb, onları daha da utilizasiya edib irəli aparaq", - Rəşad Nəbiyev vurğulayıb.

 

Dünən Azərbaycanda Ramazan təqvimini açıqlanıb. Belə ki, martın 23-də Azərbaycanda Ramazan ayı başlayacaq. Aprelin 21 və 22-si isə Ramazan bayramı qeyd ediləcək.

 

Martın 4-də, həmçinin Milli Məclisdə Qərbi Azərbaycanla bağlı dinləmə keçirilib. İclasda deputat Zahid Oruc bildirib ki, Qarabağ məsələsi İrəvandan başlayıb, orada da başa çatmalıdır. Deputatın sözlərinə görə, qərbi azərbaycanlıların qaçqınlıq statusu ləğv olunmayıb

 

Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli isə bildirib ki, İcma bu yaxınlarda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə məktub göndərib. "Məktubda Qərbi Azərbaycan İcması adından Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz vətənlərinə qayıtmalarına Avropa İttifaqının dəstək verməsini xahiş etmişik", - o deyib. Deputat onu da qeyd edib ki, Qərbi Azərbaycandan olan 20 minə yaxın ailənin sənədləri toplanılıb, onlar barədə araşdırma aparılır. Deputat Fazil Mustafa Qərbi Azərbaycan İcması ilə bağlı Milli Məclisdə qanun qəbul olunmasını təklif edib.

 

Xarici işlər nazirinin müavini Xələf Xələfov Qərbi Azərbaycan məsələsinin Azərbaycan və Ermənistan arasında bağlanılacaq sülh müqaviləsinin gündəliyinə daxil edilməli olduğunu düşünür: "Bundan başqa, biz beynəlxalq təşkilatlar vasitəsilə Qərbi azərbaycanlıların hüquqlarını tam müdafiə edəcəyik. Ermənistan tərəfi onlara dəymiş ziyanı ödəməli, təhlükəsizliyini təmin etməlidir". 

 

Milli Məclisdə Ombudsmanın hazırladığı hesabat da dinlənilib. Hesabatda Ombudsman Səhiyyə Nazirliyinə pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısının genişləndirilməsini tövsiyə edib. Eyni zamanda Azərbaycanın ali məktəblərində dövlət sifarişli yerlərin sayının artırılmasını, pensiyaların artırılmasını, hərbçilərə verilən kirayə pulunun artırılmasını və digər təklifləri irəli sürüb.

 

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Hindistana səfər edib və burada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Mirzoyan, həmçinin Avropa İttifaqının baş diplomatı Jozep Borel ilə İrəvanla Bakı arasında münasibətlərin normallaşması prosesi ilə bağlı son vəziyyəti müzakirə edib.

 

Ermənistan Baş naziri Nikol Paşinyan Berlindəki çıxışı zamanı bildirib ki, İrəvan Bakı ilə Qarabağ erməniləri arasında müzakirə mexanizminin formalaşacağı məntiqi çərçivəsində Qarabağ məsələsini Ermənistan-Azərbaycan normallaşma prosesindən ayırmağa razılaşıb. O, həmçinin sülh müqaviləsi üçün məsuliyyət daşımağa hazır olduğunu deyib

 

Türkiyə siyasətində qızğın proseslər baş verib. Türkiyə müxalifətinin "Altılı masa" adlandırılan siyasi bloku vahid namizəd mövzusunda razılıq əldə edə bilməyib və millətçi İYİ partiyası bloku tənqid edib. Partiya sədri Meral Akşener CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyinə razı olmayıb və o, İstanbul və Ankara şəhərindən birinin merinin namizədliyini irəli sürüb.

 

"Üzülərək söyləyirəm ki, dünəndən etibarən "Altılı Masa" artıq millət iradəsini qərarlarında əks etdirmə qabiliyyətini itirmişdir. "Altılı Masa" artıq potensial namizədlərin müzakirə oluna biləcəyi ortaq ağıl platformu olmaqdan çıxmış, tək bir namizədin təsdiqi üçün çalışan notarius masasına çevrilmişdir", - deyə o bildirib və bununla da İYİ Partiyanın birlikdən çıxdığı elan edilib. Kılıçdaroğlu "Heç narahat olmayın, bütün daşlar yerinə oturacaq", - deyə Akşenerə cavab verib və axşam saatlarında videomüraciət yayımlayıb. 

 

Türkiyənin Ankara və İstanbul şəhərlərinin bələdiyyə başqanları Mansur Yavaş və Əkrəm İmamoğlu Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunu dəstəkləyən paylaşımlar ediblər.

 

Bundan əlavə, ötən gün məlum olub ki, İsrail Mərkəzi Asiyada İranla ən uzun sərhədi olan Türkmənistanda səfirlik açmağı planlaşdırır. Bildirilir ki, İsrail xarici işlər naziri Eli Kohenin qısa müddət ərzində Türkmənistana səfər edərək ölkənin paytaxtı Aşqabadda səfirlik açması gözlənilir.

 

Ukrayna cəbhəsində vəziyyət getdikcə gərginləşir. Dünən Ukrayna hərbçiləri Rusiyaya məxsus daha bir Su-34 qırıcısını məhv edib. Ukrayna məhkəməsi Xarkov televiziya qülləsinə zərbələr endirən rusiyalı hərbi pilotu 12 il müddətinə azadlıqdan məhrum edib.  Ukrayna prezidenti Volodimir Zelenski və xanımı Yelena Zelenskaya Latviya prezidenti Eqlis Levitslə görüşüb. Zelenski, həmçinin Niderlandın xarici işlər naziri Vopke Hoekstra və Estoniyanın xarici işlər naziri Urmas Reinsalu ilə görüşərək danışıqlar aparıb

 

Ötən günün mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı xəbərləri də oxuya bilərsiniz:

 

Tanınmış həkim Hacı Şahinin vəfatından yazdı - “Hadisə qəfil olmayıb”

Vasif Talıbov 21 hektar ərazini İrana satıb? - Rəsmi açıqlama

Onlayn diplomatiya: Vasitəçisiz ilk təmas - Nəticə nə olacaq?

Əlillər üçün tikilən evlərin pulunu mənimsədi – 5 il həbs verildi

Göyçə Qərbi Azərbaycanın Şuşasıdır!

Hacı Şahinin yolunu kim davam etdirəcək? - Deputat dəfndəki izdihamdan DANIŞDI

Rəşad Dağlının həbs müddəti UZADILIR

Kür çayı quruyur - Su qıtlığı problemi (FOTO)

Vəhşi Təbiət: İndi o quşu tapmaq olmur...

Lavrovun Paşinyandan xoşu gəlmir, amma... 

“Peşman deyiləm, yaxşı ki, bura gəldim” - 700 bal toplayan Nigar

Dostu Bəxtiyar Hacıyevdən imtina etdi, sərt ifadələr İŞLƏTDİ

Paşinyanın Berlindən verdiyi sülh mesajı nəyə hesablanıb - ŞƏRH

Ombudsman sosial şəbəkələrlə bağlı məsələ qaldırdı

Səbinə Əliyeva iclasa gələ bilmədi, deputatlar nə dedilər...

Ağalıda məskunlaşan sakinlərin sayı 420-yə çatıb - FOTOLAR

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı