Modern.az

Səbinə Əliyeva iclasa gələ bilmədi, deputatlar nə dedilər...

Səbinə Əliyeva iclasa gələ bilmədi, deputatlar nə dedilər...

Parlament

3 Mart 2023, 14:53

Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi” müzakirə olunur.

 

Modern.az xəbər verir ki, məruzənin müzakirəsi zamanı çıxış edən deputat Jalə Əhmədova Ombudsman Səbinə Əliyevanın komitə iclaslarında iştirak etməməsinə diqqət çəkib:

 

"Səbinə xanımın bizə verəcəyi cavablarla Aydın müəllimin verəcəyi cavablar başqadır. Deputat olaraq mənə maraqlıdır ki, nə üçün Səbinə xanım bizim iclaslarda iştirak etmir".

 

Deputat Fazil Mustafa Jalə Əhmədovanın çıxışına dəstək verib: “Bura gəlmək, iştirak etmək gələnin özünə xeyirdir. Gəlməmək də özlərinə ziyandır. Kommunikasiyanın ziyanı yoxdur, daha da qarşılıqlı inkişaf ola bilər”.

 

İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc da təklifi dəstəkləyib: “Səbinə xanımın iclaslarda, belə görüşlərdə iştirakı yalnız fayda verə bilər. Daha sistemli müzakirələr apara bilərik. Əminəm ki, bu çağırışlar da eşidildi”.

 

Qeyd edək ki, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi” müzakirəsində Ombudsman Səbinə Əliyeva iştirak etmir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir