Modern.az

Göyçə Qərbi Azərbaycanın Şuşasıdır! 

Göyçə Qərbi Azərbaycanın Şuşasıdır! 

3 Mart 2023, 11:52

“Biz bütün əsrlərdə məruz qaldığımız köçkünlüyün reyestrini yaratmalıyıq və tarixi yurdlara dönüş kitabını hazırlamalıyıq”.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin təşkilatçılığı ilə keçirilən “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmədə deputat Zahid Oruc bildirib.

 

“Qərbi azərbaycanlıların bütün əsrlərdə köçünü əks etdirən vahid təqvim, anım, yaddaş günü və Qayıdış şüarını müəyyənləşdirməliyik. İstər Türk Dövlətləri Birliyi, istərsə də İslam Əməkdaşlıq Təşkilatı və platformaları Qərbi azərbaycanlıların hüquqi statusu, onlara dəymiş ziyanın qiymətləndirilməsi işinə cəlb etmək üçün icmaya Xarici İşlər Nazirliyi tərəfindən müvafiq dəstəyin verilməsi də vacibdir. Dövlət protokolunda Qərbi Azərbaycan icmasının görüş və səfərlərdə nəzərə alınması məsələnin beynəlxalq müstəviyə çıxarılmasına kömək edərdi. Əgər paraler aparmaq istəsək, deyə bilərik ki, Göyçə Qərbi Azərbaycanın Şuşasıdır! Amma unutmayaq ki, Qarabağ məsələsi İrəvandan başladı, orada da başa çatmalıdır. Lakin tank və toplarla deyil, sülhlə başa satacaq”, - deyə komitə sədri vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi