Modern.az

Avropa İttifaqının bizə dəstək verməsini xahiş etmişik - Əziz Ələkbərli

Avropa İttifaqının bizə dəstək verməsini xahiş etmişik - Əziz Ələkbərli

Qərbi Azərbaycan

3 Mart 2023, 11:44

“Qərbi Azərbaycan İcması bu yaxınlarda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə məktub göndərib”.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin təşkilatçılığı ilə keçirilən “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmədə Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli bildirib.

 

"Məktubda Qərbi Azərbaycan İcması adından Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz vətənlərinə qayıtmalarına Avropa İttifaqının dəstək verməsini xahiş etmişik. Eyni zamanda məktubda ittifaqın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını təşviq edən səyləri yüksək qiymətləndirilib. Hazırda Avropa İttifaqının Ermənistandakı missiyası ilə bağlı da məsələyə toxunmuşuq. Biz Avropa İttifaqı ilə insan hüquqları, humanitar məsələlərlə bağlı əməkdaşlığa hazır olduğunu bildirmişik”, - deyə İcma sədri çıxışında söyləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır