Modern.az

Qərbi azərbaycanlıların qaçqın statusu ləğv olunmayıb - Komitə sədri

Qərbi azərbaycanlıların qaçqın statusu ləğv olunmayıb - Komitə sədri

3 Mart 2023, 11:34

“Əslində qərbi azərbaycanlıların qaçqınlıq statusu ləğv olunmayıb”.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin təşkilatçılığı ilə keçirilən “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmədə sədr Zahid Oruc bildirib.

 

“Amma onu tam bərpa etmək haqqında təkliflər irəli sürərkən gəlin unutmayaq ki, bu hüquq sosial yardım, humanitar imtiyaz deyil, ilk növbədə, 1988-ci ildə doğma yurdlarından didərgin düşən insanları hüquqi və siyasi baxımdan düşmənə qarşı birləşdirən haqdır. Dövlətimiz Böyük Qayıdışa hazırlaşarkən, irəvanlı, göyçəli, yaxud zəngəzurlu kimi qaçqınlıq statusu yalnız bir hədəfə - Qayıdış idealını gerçəkləşdirməyə yönəlməlidir”, - deyə komitə sədri vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı