Modern.az

Təmir sexində partlayış - Usta öldü

Təmir sexində partlayış - Usta öldü

Aktual

2 Avqust 2023, 16:36

Bərdə rayon sakini sexdə təmir etdiyi təkərin partlaması nəticəsində ölüb.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, hadisə avqustun 1-i saat 18 radələrində baş verib.

 

1982-ci il təvəllüdlü Samir Hümbətovun özünə məxsus sexdə təkər təmir edən zaman təkərin partlaması nəticəsində almış olduğu xəsarətdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı