Modern.az

“Açıq mikrofon” aksiyası Beyləqanda

“Açıq mikrofon” aksiyası Beyləqanda

Aktual

7 Avqust 2023, 09:47

Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüş Beyləqan rayonunda keçiriləcək.

 

Modern.az xəbər verir ki, İstehsalat Birliyinin İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Beyləqan rayonunda görüşü təşkil olunacaq.

 

Aksiya Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” avqustun 9-da saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq.

 

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı