Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyası üçün ilk iclası keçirilib. Modern.az xəbər verir ki, iclasda komitənin yaz sessiyası qanunvericiliyinin işlər planına baxılıb. Komitənin sədri Hadi Rəcəbli bildirib ki, yaz sessiyasında "Əlillərin hüquqları haqqında" və "Turizm haqqında" qanun layihələrinə baxılacaq.
"Buna görə də yeni əlavə qanun layihəsi hazırlamağı düşünmədik. Hər iki layihə uzun müddətdir ki, geniş müzakirə olunur. Artıq yaxın günlərdə layihə parlamentə daxil olacaq".
H. Rəcəbli qeyd edib ki, "Əlillərin hüquqları haqqında" qanun layihəsi əvvəllər qəbul olunan "Əlilliyin qarşısının alınması haqqında" qanunun yenidən işlənilmiş variantıdır.
"Çünki həmin qanun aktuallığını qismən itirmişdi. Buna görə də onu yenidən işləmək ehtiyacı yaranmışdı.
"Qaçqın və köçkünlərin geri dönməsi ilə bağlı repatrasiya haqqında" qanun layihəsi hazırda əlimizdədir. Bundan başqa, Əmək Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi də nəzərdə tutulur. Təkliflərə dinləmələr halında baxılacaq. Həmçinin, yeni təşəbbüslərdən çıxış etməliyik. Bu istiqamətdə deputatların üzərinə ciddi vəzifələr düşür. Eyni zamanda, bugünkü reallıqlara əsaslanaraq bir sıra qanunlara əlavə və dəyişikliklər də edilməlidir. Buna bizim imkanlarımız var"- deyə komitə sədri Hadi Rəcəbli qeyd edib.
O, eyni zamanda qeyd edib ki, parlamentdə dinləmələrin keçirilməsinə başlanılıb. "Bundan başqa, dinləmələrin nazirliklərdə keçirilməsi üçün şəraitin yaradılması düzgün olar. Hətta bunun üçün bu yaxınlarda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla danışığımız olub. Nazir bu təklifimizi üsbət qarşıladı".
Deputat bildirib ki, sahibkarlığa dəstək ən vacib məsələlərdən biridir.
“Bu gün biz sahibkarları sanki düşmən gözündə görürük. Onlara düşmən imici formalaşdırmışıq. Əmək Məcəlləsində də buna görə dəişikliklərin edilməsini nəzərdə tururq. Sovet İttifaqından qalmış fikirlə sahibkara düşmən imici formalaşdırmışıq. Hətta deyilir ki, sahibkar quldur, oğru və istismarçıdır. Qanunvericilikdə sahibkarlığa hansı dəstəyin olması ilə bağlı bəzi müddəalarda düzəliş edilməlidir. Biz bunu etməliyik ki, sahibkarların əli-qolu açılsın. Bundan başqa, kiçik orta sahibkarlığın inkişafı ilə bağlı çoxlu dəstəkverici layihələri ortaya çıxarmalıyıq. Bu, Əmək Məcəlləsində də ola bilər".
Deputat qeyd edib ki, ünvanlı sosial müdafiə ilə bağlı qanun layihəsi yeni modeldə hazırlanmalıdır.
“Çünki artıq bu gün bu növ yardımların edilməsi də elektron formamadır. Biz çalışacağıq ki, qanuna qəbul olunan zaman maksimum şəffaflığı artıracaq prinsiplər gücləndirilsin. Çünki elə ailələr var ki, orada 2 əlil uşaq var. Yaxud da ki, ailədə hansısa valideyn əlildir. İş qabiliyyəti yoxdur. Ona görə də biz çalışmalıyıq ki, ünvanlı sosial yardımın ünvanını ədalətli təyin edək”.
H.Rəcəbli ona gələn məktublarda Çernobl və Əfqanıstan əlillərin əsas istək və arzuları bunlar olduğunu söyləyib:
“Mənə məktubla müraciət edən əlillərin əksəriyyəti deyir ki, “nəyə görə biz Çernobl və Əfqanıstan Əlillərini Qarabağ əlilləri səviyyəsində tutmurlar”. Əslində elə düz deyirlər. Onlar da azərbaycanlıdır. Nolsun ki, onlar Qarabağda əlil olmayıblar. Yaxud da ki, kantuziyalı, yaxud başqa səbəblərdən əlil olan vətəndaşlarımıza da maşınlar verilməlidir. Biz bunları da qanun layihəsi salacağıq. Həmin kateqoriyadan olan əlillər də Qarabağ əlillərinin yararlandığı imtiyazlardan yararlanmalıdırlar.Biz həmçinn Əmək Məcəlləsinə də dəyişiklilərin edilməsini nəzərdə tuturuq”.
H. Rəcəbli onu da vurğulayıb ki, Azərbaycanda ünvanlı sosial yardımın yeni modeli hazırlanır. “Yyeni model ilə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulur. O modelə parlamentə bir də baxılacaq və müvafiq qərar qəbul ediləcək”.
Deputat qeyd edib ki, Azərbaycanda üanvanlı sosial yardım modelini seçilərkən təməl olaraq Polşa qanunvericiliyi götürülmüşdü: “Burada da zaman-zaman qanunvericilikdə dəyişiklik etmişik. 10-a yaxın sənəd istənilirdisə, sənədlərin sayı azaldılıb, sənədlərin bir ildən bir baxılmasını iki ildən bir etdik. Əmək və Əhalininn Sosial Müdafiəsi Nazirliyi daim axtarışdadır və burada yeni-yeni islahatlar aparmaq istəyirlər”.
Ağa Akifoğlu