Modern.az

Çempionlar Liqasının oyunu güclü yağışa görə təxirə salındı

Çempionlar Liqasının oyunu güclü yağışa görə təxirə salındı

Dünya

14 Sentyabr 2016, 00:45

Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində İngiltərənin "Mançester Siti" və Almaniyanın "Borussiya" (Münhenqladbax) klubları arasında sentyabrın 13-də keçirilməli olan matç leysan yağışları səbəbindən təxirə salınıb.  Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, bu barədə ingilis klubunun mətbuat xidməti məlumat yayıb.

 

"C" qrupunun görüşü çərşənbə axşamı Mançesterdə Bakı vaxtı ilə 22:45-də baş tutmalı idi. Matçın keçiriləcəyi yeni tarix barədə məlumat verilmir.

 

Qrupun digər oyununda "Barselona" "Seltik"lə qarşılaşır (hazırda ikinci hissə gedir və hesab 3:0-dır).

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı